Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK tərəfindən Nizami Gəncəvinin biblioqrafik göstəricisi nəşr edilib
27.12.2021 16:32
  • A-
  • A
  • A+

MEK tərəfindən Nizami Gəncəvinin biblioqrafik göstəricisi nəşr edilib

Tarixçilərin dediyinə görə, XII əsr Azərbaycan tarixinin qızıl dövrüdür. Əgər elədirsə, bu qızıl tacın ən parlaq incisi Nizami Gəncəvidir. 9 əsrə yaxın zaman keçməsinə baxmayaraq, bu incinin parlaqlığı zərrə qədər də azalmayıb, əksinə özündən sonra gələnlərin çoxunu kölgədə qoyub.

Dünya ədəbiyyatı tarixinə xalqının adını qızıl hərflərlə həkk etmiş şairimizin ədəbi irsi təkcə öz ölkəsində deyil, dünyada sevilir və öyrənilir. Nizamini ölməzliyə qovuşduran ən başlıca cəhət yazdığı hər bir misranın bütün dövrlər üçün aktual olmasıdır. Nə qədər bəşəriyyət, insanlıq var olacaq, Nizami də var olacaq və bütün zamanların şairi kimi seviləcək. Təsadüfi deyil ki, onun aforizmləri, hikmətli sözləri xalqın dilindən düşmür. Gənclərimiz hər zaman olduğu kimi, bu gün də elmə, ədəbiyyata, sevgiyə, Vətənə münasibəti onun əsərlərindən əxz edir.

Nizami irsi əsrlərlə özünə dünyanın hər yerindən onlarla tədqiqatçı cəlb edib və yüzlərlə tədqiqat əsərləri yaranıb. Dünya durduqca bu irsin yaşayacağı və yeni-yeni tədqiqatların obyektinə çevriləcəyi şübhəsizdir. Hər gələn nəsil Nizaminin əsərlərində özünü, öz dövrünü, mühitini görəcək və onu incələmək, ondan öyrənmək ehtiyacı duyacaq. Bu mənada kitabxanaların boynuna çox böyük və məsuliyyətli vəzifə düşür. Biz kitabxanaçılar bu irsi göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

“Ni­za­mi Gəncəvi İli”nə töh­fə ola­raq AMEA-nın Mər­kə­zi El­mi Ki­tab­xa­na­sı öz fond­la­rın­da olan Ni­za­mi ir­si­nə aid ma­te­ri­al­la­rın bib­li­oq­ra­fi­ya­sı­nı ha­zır­la­yıb. Bib­li­oq­ra­fik gös­təri­ci­də şai­rin MEK-in fond­la­rın­da Azər­bay­can və di­gər dil­lər­də olan ki­tab­la­rı, əsər­lə­rin­dən par­çalar, haqqın­da olan ki­tab­lar, el­mi və pub­li­sis­tik mə­qa­lə­lər, dis­ser­ta­si­ya­lar top­lanıb. Biblioqrafik göstəriciyə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yazdığı “Ön söz”də yüksək dəyər verib: “AMEA Mər­kə­zi El­mi Ki­tab­xa­na­sı­nın əmək­daş­la­rı tə­rə­fin­dən ha­zır­lan­mış Ni­za­mi­nin bib­li­oq­ra­fi­ya­sı­nı  isə tə­rəd­düd et­mə­dən gö­rül­müş iş­lə­rə vu­ru­lan əhə­miy­yət­li ye­kun ad­lan­dır­maq olar. Bib­li­oq­ra­fi­ya­ya ötən dövr ərzində Ni­za­mi haq­qın­da öl­kə­miz­də və xa­ric­də nəşr edil­miş çox say­da el­mi mənbələ­rin ad­la­rı, gös­tə­ri­ci­lə­ri da­xil edil­miş, möv­cud mə­lu­mat ba­za­sı əhə­miy­yət­li də­rə­cə­də geniş­lən­di­ril­miş­dir. Nəşr edi­lən bu ki­tab heç şüb­hə­siz ki, Ni­za­mi yaradıcılı­ğı­nı də­rin­dən təd­qiq edən mü­tə­xəs­sis­lər və bö­yük şai­rin ir­si­lə də­rin­dən maraq­la­nan oxu­cu­lar üçün də­yər­li aka­de­mik gös­tə­ri­ci ro­lu­nu oy­na­ya­caq­dır. Nizamişü­nas­lı­ğa ver­dik­lə­ri bu də­yər­li töh­fə­yə gö­rə AMEA MEK-in əmək­daş­la­rı­na öz min­nət­dar­lı­ğı­mı bil­di­rir, ki­ta­bın el­mi döv­riy­yə­də öz la­yiq­li ye­ri­ni tu­ta­ca­ğı­na inanı­ram”.

Biblioqrafik göstəricinin redaktoru AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, tərtibçiləri MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nərgiz Novruzova və biblioqraf Türkan Vahidovadır. Biblioqrafik göstəricinin hazırlanmasında zəhməti keçənlər AMEA Rəyasət Heyəti tərəfindən Fəxri fərmanla təltif  ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: