AMEA-nın Neft və Qaz İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., professor Vaqif Qurbanov 20 Yanvar - Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar baş verən faciədən danışıb. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. V.Qurbanov vurğulayıb ki, 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi xatırlanacaqdır.
Sonra institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev, şöbə müdirləri Namaz Yusubov və Fəxrəddin Kərimov çıxış edərək 20 Yanvar günü baş verən hadisələr haqqında xatirələrindən danışıblar.
Tədbirində sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin hazırladığı slayd təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.