Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 17:43
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “1990-cı il 20 Yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilib

Tarix İnstitutunda “1990-cı il 20 Yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “1990-cı il 20 Yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov açıb. O, 1990-cı il 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə danışıb, imperiyanın Azərbaycan xalqına vurduğu son zərbənin nəticələrindən söz açıb. C.Bəhramov qeyd edib ki, xalqımıza qarşı edilən təcavüzə baxmayaraq ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdi və bu gün qalib xalq və dövlət kimi dünya dövlətləri içərisində böyük nüfuz və hörmət sahibidir.

Sonra institutun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov çıxışında şahidi olduğu hadisələrdən danışıb və 20 Yanvar faciəsi ilə bağlı yeni faktlar əldə etdiyini və  bunların milli tariximizin ən yeni dövrü üçün, yeni nəslin vətənpərvər ruhda tərbiyəsi üçün böyük elmi-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra institutun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevə çıxışında 20 Yanvar hadisələrinə aid yeni sənədlərin və məlumatların əldə edildiyini elmi-populyar əsərlərdə 20 Yanvar faciəsi ilə bağlı yeni faktların əks olunduğunu bildirib.  

Tədbirdə institutun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fərzəliyev, Qadınlar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin baş elmi işçisi Vaqif Abışov çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: