Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2022 14:15
  • A-
  • A
  • A+

YT Park Qubada keçirilən innovasiya festivalında təmsil olunub

YT Park Qubada keçirilən innovasiya festivalında təmsil olunub

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində keçirilən ilin ilk innovasiya festivalında AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) da təmsil olunub.

Belə ki, festivalda texnoparkın rezidentləri olan “Elm və Texnologiya Parkı” MMC və “BEYT” MMC iştirak edib.

Festivalda “AMEA-nın Elm və Texnologiya Parkı” MMC tərəfindən “NF010” və “qızılquş” dronları, “BEYT” MMC tərəfindən “smart” arı yeşiyi, “smart moles” sensoru nümayiş etdirilib, onların imkanları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təqdim olunan dronlar xüsusi elektromaqnit şüaları buraxmaqla quşlara təsir edərək onları ərazidən uzaqlaşdırır.

“BEYT” MMC-nin istehsal etdiyi “smart” arı yeşikləri vasitəsilə kənd təsərrüfatı subyektləri öz arıçılıq təsərrüfatlarını daha ağıllı sistemlə idarə etmək imkanı əldə edirlər. “Smart Moles” sensoru isə innovativ kök nəmlik sensor sistemidir.

Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində təşkil olunan festivalda 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib. Tədbirdə kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: