Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2022 15:59
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun kollektivi akademik Ziya Bünyadovun xatirəsini anıb

Şərqşünaslıq İnstitutunun kollektivi akademik Ziya Bünyadovun xatirəsini anıb

Fevralın 21-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri xiyabanda görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.

Anım tədbirində akademik Ziya Bünyadovun ailə üzvləri də iştirak ediblər.

AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva anım mərasimində Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışıb, həmin məktəbin yetirmələrinin böyük alimin yolunu layiqincə davam etdirdiklərini deyib. Bildirib ki, Z.Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb. G.Baxşəliyeva Ziya Bünyadovun dünya şöhrətli alim olmaqla yanaşı, həm də Böyük Vətən Müharibəsi illərində göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını almasını, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxslərdən olmasını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: