Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 14:30
  • A-
  • A
  • A+

“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib

“Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət və Şuşa bəyannaməsinin yeni reallıqları” mövzusunda tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini dünya elmi ictimaiyyətinə davamlı çatdırılmasının vacibliyini vurğulayıb. Biz müharibədə qələbə çaldıq, ancaq 30 il öncə Xocalıda baş verən soyqırıma görə hadisəni törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Professor qeyd edib ki, bu məqsədlə xarici dillərdə elmi, fəlsəfi, siyasi təhlillər dərc olunmalı və beynəlxalq aləmə çatdırılmalıdır.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d., Eynulla Mədətli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı 30 ildir faciə günü kimi anırıq. Azərbaycan xalqı iki əsrə yaxındır erməni şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb.

Tədbirdə institutun şöbə müdiri f.e.d., professor Rəna Mirzəzadə, f.e.d. professor Rəfiqə Əzimova, f.ü.f.d., Hüseyn İbrahimov, Asya Əhmədova və digər çıxışçılar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirdiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: