AMEA-nın Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Xocalı faciəsinə həsr olunan tədbiri keçirilib.
Öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə GAMŞ-ın sədri Günel Qurbanlı açıb. Günel Qurbanlı bu faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri olduğunu, amansız qırğın aktının xalqı tamamilə məhv etmək niyyəti ilə törədildiyini bildirib. O, illərdir xalqımızın yaşadığı faciələri beynəlxalq aləmə çatdırmaq üçün gənclərin yorulmadan çalışdıqlarını, Xocalı faciəsinin mahiyyətinin dünyaya tanıdılması istiqamətində səylərinin birləşdirilməsinin vacibliyini qeyd edib.
Sonra kiçik elmi işçilər Aidə Dünyamalıyeva, Nurlanə Mirzəyeva və Sevda Abdalova çıxış edərək Xocalı faciəsi ilə bağlı faktlardan bəhs ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.