Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.03.2022 10:36
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Yurdumuza Novruz gəlir, yaz gəlir...” mövzusunda növbəti ustad dərsi təşkil olunub

Tarix Muzeyində “Yurdumuza Novruz gəlir, yaz gəlir...” mövzusunda növbəti ustad dərsi təşkil olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Yurdumuza Novruz gəlir, yaz gəlir...” mövzusunda növbəti ustad dərsi keçirilib.

Ustad dərsində Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Dərsdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayeva şagirdlərə Novruz bayramının və ilaxır çərşənbələrinin mahiyyəti, bayramla bağlı adət-ənənələr haqqında ətraflı məlumat verib.

Sonra şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Keçəl ilə “yumurta döyüşü” oyunu və Novruz bayramı atributlarını uşaqlara tanıtmaq məqsədilə komandalar şəklində digər oyunlar oynayıblar.

Sonda şagirdlərə hədiyyələr paylanılıb və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə, “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiya təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: