Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 12:44
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun Qadınlar Şurasına yeni sədr seçilib

Dilçilik İnstitutunun Qadınlar Şurasına yeni sədr seçilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qadınlar Şurasının iclası keçirilib.

İclasda AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, müavinləri Ziba Ağayeva və Sənubər Həşimova iştirak ediblər.

Professor Rəna Mirzəzadə çıxışında bildirib ki, Azərbaycan qadınları bu gün elmin müxtəlif sahələrində fəaliyyət göstərirlər. Onun sözlərinə görə, istənilən sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan qadını cəmiyyətin, dövlətin inkişafına xidmət etməlidir.

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli isə vurğulayıb ki, müəssisədə çalışan qadınlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər və müxtəlif beynəlxalq konfranslarda ölkəmizi yüksək peşəkarlıqla təmsil edirlər.

Sonra Dilçilik İnstitutunun Qadınlar Şurasının sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə dosent Şəbnəm Həsənli Qəribova sədr, Gülnar  Hüseynova isə katib seçilib. Bundan əlavə, Sevil Zülfüqarova, Fidan Salayeva, Təranə Şükürlü, Səkinə Şərifova, Ləman Həsənova və Gülsüm Hüseynova institutun Qadınlar Şurasının idarə heyətinə seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: