Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2022 16:38
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 31 mart soyqırımı qurbanları anılıb

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 31 mart soyqırımı qurbanları anılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, professor Abbas Seyidov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhəri və quberniyasının müxtəlif yerlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilən əməllər Azərbaycan xalqının yaddaşına qanlı tarix kimi həkk olunub.

Tədbirdə institutun əməkdaşları professorlar Hidayət Cəfərov, Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli, Qəhrəman Ağayev çıxış edərək bu qanlı tarix haqqında öz fikir və mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: