Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun “Respublika”qəzetində məqaləsi çap olunub
11.04.2022 14:24
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun “Respublika”qəzetində məqaləsi çap olunub

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Respublika qəzetində Azərbaycanda seysmologiyanın 120 illik inkişaf tarixinə həsr olunmuş “Keçmişdən gələcəyə uzanan uğurlu yol” adlı məqaləsi çap olunub.

Məqalədə müəllif 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanılmasının tarixi mərhələləri və seysmologiya elminin inkişafı haqqında ətraflı məlumat verib.

Sözügedən məqalədə, həmçinin ölkəmizdə hazırda bu sahədə aparılan elmi tədqiqatların istiqamətləri, seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi, Qarabağda seysmik stansiyaların quraşdırılması ilə bağlı qarşıda duran vəzifələr barəsində də fikirlər əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: