Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2022 14:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Maqsud Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın müxbir üzvü Maqsud Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın müxbir üzvü Maqsud Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Öncə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Maqsud Cavadovun məzarını ziyarət ediblər.

Riyaziyyat və Mexanika İnstitutunda davam etdirilən tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, institutun baş direktoru, professor Misir Mərdanov qeyd edib ki, Azərbaycanda müasir riyaziyyat elminin və riyazi təhsilin yaranmasında və inkişaf etdirilməsində Maqsud Cavadovun böyük  xidmətləri olub. O, 20-yə yaxın kitabın, 80-dən çox elmi-metodik məqalənin müəllifi olub. Azərbaycan Dövlət Universitetində işlədiyi illər ərzində Maqsud Cavadov analitik həndəsə, diferensial həndəsə və həndəsənin əsasları fənlərindən böyük pedaqoji ustalıqla dediyi mühazirələr indi də tələbələri tərəfindən xatırlanır və yüksək qiymətləndirilir. M.Mərdanov qeyd edib ki, Maqsud Cavadov 30 ildən artıq müddətdə Maarif Nazirliyinin Elmi Metodik şurasının riyaziyyat bölməsinə rəhbərlik edib.

Professor Misir Mərdanov vurğulayıb ki, Maqsud Cavadov dünya şöhrəti qazanmış görkəmli alim Nəsirəddin Tusidən sonra həndəsə sahəsində Azərbaycan xalqının yetirdiyi ikinci böyük alim idi. O, 1957-ci ildə Kazan Dövlət Universitetində “Cəbrlər üzərində qurulan həndəsələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan riyaziyyatçılarının böyük bir qrupu bilavasitə onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək alimlik dərəcəsini alıblar.

Elmi sessiyada Bakı Dövlət Universitetinin “Cəbr və Həndəsə” kafedrasının müdiri f.r.e.d, professor Arif Səlimov, Bakı Dövlət Universitetinin nəznində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev, f.r.e.d, professor Nadir Süleymanov öz çıxışlarında Maqsud Cavadovun həyat və yaradıcılıq yoluna geniş nəzər salaraq, görkəmli alimin yaradıcılığından, pedaqoji fəaliyyətindən, Azərbaycanda riyaziyyata və təhsilə verdiyi töhfələrdən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: