Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.04.2022 18:44
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Şuşa qalasının açarı” mövzusunda ustad dərslərinə start verilib

Tarix Muzeyində “Şuşa qalasının açarı” mövzusunda ustad dərslərinə start verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa qalasının açarı” mövzusunda ustad dərslərinə start verilib.

Ustad dərsində Yasamal rayon 308 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Məktəblilərə Qarabağ xanlığına aid olan, muzeydə qorunan eksponat - Şuşa qalasının açarı haqqında ətraflı məlumat verilib və Şuşa qalasının açarı formasında əlfəcinin düzəldilmə qaydası öyrədilib.

Sonra Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə, “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiya təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: