Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti (MU) arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq Sazişi çərçivəsində ikili diplom proqramı üzrə AMEA və MU-nun 6 mütərək doktorantı təhsillərini uğurla davam etdirir.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və MU-nun Molekulyar Genetika İntistutunun doktorantı Səbinə Fərhadova tədqiqat işlərinin nəticələrini Fransanın Bordo şəhərində keçirilən “CRIPSR and Translational Medicine” üzrə kongresdə təqdim edib. Onun “Genetik və epigenetik CRISPR redaktə vasitələrindən istifadə edərək imprintinq pozğunluqlarının molekulyar etiologiyasının disseksiyası” mövzusunda məruzəsi Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilib.
S.Fərhadova konqresdə çıxış edən onlarla tələbə arasından ən yaxşı məruzəçi kimi seçilib və “Best talk” sertifikatına və mükafata layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.