Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2022 15:40
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Botanika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

AMEA-nın Botanika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən mustəqil olkəmizdə iqdisadiyyatın, elmin, mədəmiyyətin və təhsilin inkişafında  misilsiz xidmətlərindən danışıb.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatından bəsh edərkən bildirib ki, Heydər Əliyevin hakimiyyət illəri Azərbaycan Respublikası, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə bir sıra əhəmiyyətli səhifələrin əlavə olunması ilə yadda qalıb. Hələ 1969-cu ildən sonrakı dövrdə keçmiş ittifaqın yüksək rəhbərlərindən biri kimi fəaliyyət göstərən Heydər Əliyev respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsinə və yeni yüksək ixtisaslı elmi kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşıb. O, 1970-1980-cı illərdə elmin ayrı-ayrı sahələri üzrə respublikamızda bazanın yaradılması üçün dünyanın qabaqcıl elm müəssisələrinə gənc mütəxəssislər göndərib. Məhz H.Əliyevin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın, biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi elmin müasir sahələri inkişaf edib. Bu gün bioloq-alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir. S.İbadullayeva onu da vurğulayıb ki, təbiətin, yaşıllığın qədrini bilən Ulu öndər həmişə onun mühafizəsi qeydinə qalıb. Azərbaycanın “Qırmızı Kitabı”nın II cildi məhz H.Ə.Əliyevin Sərəncamı əsasında işıq üzü görüb. Hazırda III cild onun 100 illiyi şərəfinə hazırlanır.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: