Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.05.2022 17:14
  • A-
  • A
  • A+

GEANT nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

GEANT nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Avropa Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (GEANT) nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, GEANT-ın layihə meneceri İrina Mattheus, kommunikasiya üzrə menecer Rozanna Norman, kommunikasiya üzrə menecer Neringa Jackvaus, şəbəkə meneceri İeva Muraskine (Litva), GEANT-ın nümayəndəsi Steffie Bosman və TUBİTAK-ın Türkiyə üzrə təmsilçisi Ebru Soyuyüce Aydın iştirak ediblər.

RSXM-nin icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Rauf Muradov mərkəzdə aparılan tədqiqatlar haqqında qonaqlara məlumat verib.

Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova RSXM-nin seysmik monitorinq şəbəkəsinin qurulması, seysmik stansiyalardan alınan məlumatların emalı, beynəlxalq qrant layihəsi çərçivəsində yeni quraşdırılan seysmik stansiyalar, eləcə də Qarabağda quraşdırılacaq yeni seysmik stansiyalar haqqında qonaqlara məlumat verərək, burada görülən işlərə dair verilən sualları cavablandırıb.

Büronun əməkdaşı Yeganə Muradova isə zəlzələyə dair məlumatların qəbulu, emalı, tətbiq olunan emal proqramları və yeni texnologiyaların tətbiqi nəticəsində əldə olunan məlumatlara dair təqdimatla çıxış edib.

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bildirib ki, RSXM-nin arxiv məlumatları İnformasiya Texnologiyaları İnstitutunun Data Mərkəzinə yerləşdirilərək mühafizə olunur.

Tədbirdə GEANT nümayəndələri mərkəzdə qurulan sistemin olduqca müasir və ölkə üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, bu ilin sentyabr ayında GEANT-ın təşkilatçılığı və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Bakıda Beynəlxalq konfrans keçiriləcək. Konfransda 50 ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: