Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Çinli alimlər Azərbaycan alimlərinin mühüm elmi nəticəsələrindən istifadə ediblər
13.05.2022 16:26
  • A-
  • A
  • A+

Çinli alimlər Azərbaycan alimlərinin mühüm elmi nəticəsələrindən istifadə ediblər

Çin Xalq Respublikasında nəşr olunan, yüksək impakt faktorlu “IMA Journal of Mathematical Control and Information” jurnalında (2022, pp.1-22) tanınmış alimlər Teng Song, Bin Liu “First-order and second-order necessary optimality conditions for discrete-time stochastic systems with delay” adlı məqalədə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, professor Telman Məlikov, həmçinin Kamran və Samin Məlikin 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərdə “Web of Science” bazasına daxil olan jurnallarda birgə çap olunmuş 10 məqaləsinə istinad ediblər.

Məqalələrdə o da qeyd olunur ki, həmin nəticələr adları keçən Azərbaycan alimlərinin istinad olunan elmi əsərlərində təklif edilimiş yeni metodun köməyi ilə alınıb.

Qeyd edək ki, Çin alimlərinin məqaləsində idarəedici funksiyada gecikməsi olan diskret stoxastik sistemlərlə təsvir olunan idarəetmə məsələsində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər isbat edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: