Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Arif Həşimov dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüşüb
13.05.2022 14:24
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüşüb

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Yaponiyada fəaliyyət göstərən azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Assosiasiyasının sədri Xəlil Kələntər və Assosiasiyanın sədr müavini Vüqar Ağayevlə görüşüb.

Görüş zamanı X.Kələntər fəaliyyətinin yüksək qiymətləndirilməsi və AMEA-nın Ümumi yığıncağında “Elm günü” münasibətilə Fəxri fərmanla təltif edilməsinə görə minnətdarlığını bildirib.

Akademik A.Həşimov elmi diasporla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə müştərək tədqiqatlar istiqamətində AMEA tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. X.Kələntərin son illərdə əldə etdiyi elmi nailiyyətləri, onların istehsalatda tətbiqi və yapon, ingilis, koreya və s. dillərdə nəşr edilmiş elmi əsərləri müzakirə edilib, Azərbaycan alimləri ilə onun əməkdaşlığının genişləndirilməsi və təcrübə bölgüsünün əhəmiyyəti qeyd edilib. Bu məqsədlə X.Kələntərlə birlikdə AMEA Fizika İnstitutunun doktorantları üçün dissertasiya mövzularının seçilməsi və müştərək elmi rəhbərlik üzrə razılıq əldə edilib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: