Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2022 11:08
  • A-
  • A
  • A+

Rəsədxananın əməkdaşı Estoniyada elmi ezamiyyətdədir

Rəsədxananın əməkdaşı Estoniyada elmi ezamiyyətdədir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyeva Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı HORİZON 2020 proqramı çərçivəsində Estoniya Respublikasının Tartu Rəsədxanasında elmi ezamiyyətdədir.

Ezamiyyət müddətində eşelle spektrlərin müasir üsullarla işlənilməsi üsullarının mənimsənilməsi, Tartu Rəsədxanasının 1.5 metrlik teleskopunda spektral müşahidələrin aparılması, ifratnəhəng ulduzların tədqiqinin müasir üsulları ilə tanış olmaq nəzərdə tutulur. Tartu Rəsədxanası əməkdaşları ilə gələcəkdə birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, ezamiyyə xərcləri “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində maliyyələşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: