Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünas alim beynəlxalq konfransda çıxış edib
23.05.2022 15:36
  • A-
  • A
  • A+

Torpaqşünas alim beynəlxalq konfransda çıxış edib

Qazaxıstanın Taraz şəhərində bu ölkənin Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin, Qazaxıstan Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun və Mərkəzi Asiya üçün (CAWER) Su-Energetik Proqram  üzrə  Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə “Deqradasiyaya uğramış suvarılan torpaqların məhsuldarlığının sürətli bərpasının innovativ və praktik həlli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d. Mustafa Mustafayev “Zoom” platforması vasitəsilə qoşulub.

Alim konfransda “Azərbaycanın Kür-Araz ovalığının suvarılan torpaqlarının müasir meliorativ vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: