AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova Türkiyənin İzmir şəhərində keçirilən 8-ci Beynəlxalq Mərmərə Sosial Elmlər Konqresində iştirak edib.
Kocaeli Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə N.Yusifova “Türk-Azərbaycan rəssamlarının rənglərin harmoniyasına yanaşma tərzləri (MATM-in materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.