Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.05.2022 14:52
  • A-
  • A
  • A+

ABŞ arxeoloqları Naxçıvan ərazisindəki abidələrin öyrənilməsində iştirak edəcəklər

ABŞ arxeoloqları Naxçıvan ərazisindəki abidələrin öyrənilməsində iştirak edəcəklər

ABŞ arxeoloqları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Qonaqlarla görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin tarixi, arxeoloji kolleksiyası və irsinin qorunması, tədqiqi və təbliğindəki rolu haqqında geniş məlumat verib.

ABŞ arxeoloqları qrupunun rəhbəri, Dr. Loren Ristfet isə rəhbəri olduğu heyətin yerli arxeoloqlarla birgə beynəlxalq ekspedisiyanın tərkibində Naxçıvan ərazisindəki son tunc-erkən dəmir dövrü abidələrin öyrənilməsində yaxından iştirak edəcəyini bildirib.

Həmçinin görüş zamanı qeyd olunan beynəlxalq ekspedisiya nəticəsində vaxtilə tapılan bəzi maddi nümunələrin hazırda muzeyin arxeoloji kolleksiyasında qorunduğu xüsusi vurğulanıb.

Görüş muzeyin əməkdaşı Ayşən Hüseynovanın müşayiəti ilə xarici arxeoloqların muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanışlığından sonra yekunlaşıb.

Qeyd edək ki, görüşdə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, şöbənin əməkdaşı Aslan Qasımov və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Elvin Əliyev də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: