Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Lerik rayonunda baş vermiş sürüşmə haqqında ARB 24 kanalına müsahibə verib
24.05.2022 17:45
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Lerik rayonunda baş vermiş sürüşmə haqqında ARB 24 kanalına müsahibə verib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Lerik rayonunun sürüşməyə meylli ərazilərdə aparılan araşdırmalar haqqında məlumat verib.

ARB 24 televiziya kanalına müsahibə verən alim bildirib ki, institut mütəxəssisləri Lerikin Haftoni, Lərmərud, Nücü və s. kimi irili-xırdalı kəndlərinin yerləşdiyi sürüşməyə meylli Dırığ zonasında geniş tədqiqat işləri aparıblar. Ərazi içində iri qayma daşlarının olması ilə digərlərindən fərqlənən süxurlarla örtülüb ki, bu da onların öyrənilməsinə fərqli yanaşma tələb edir. Uzun tarixi dövr ərzində bu sahələr insanlar tərəfindən yaşayış üçün mənimsənilib, meşələr qırılıb, yamaclar şumlanıb. İşlər düzgün aparılmadığından ərazidə sürüşmələr fəallaşmağa başlayıb. Lərmərud kəndində bir evin həyətyanı sahəsi ilə birlikdə torpaq altında qaldığını, həmin evin ətrafında yeni çatlar yarandığına görə 11 evin sürüşmə zonasına çevrildiyini müşahidə edən tədqiqatçılar həmin evlərin nisbətən təhlükəsiz sahələrə köçürülməsini məqsədəuyğun hesab edib, orada yamac bərkidilməsi işləri aparılmasının sərfəli olmadığını diqqətə çatdırıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: