Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2022 23:00
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimat mərasimində iştirak edib

Akademik Arif Həşimov “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimat mərasimində iştirak edib

Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimatı keçirilib.

dbirə moderatorluq edən UNEC-in rektoru, professor Ədalət Muradov “Azərbaycan iqtisadiyyatı 100 ildə beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən söz açıb. Bildirib ki, müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatının yüzillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə vurğulayıb ki, beşcildliyin ərsəyə gəlməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. Onun sözlərinə görə, çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.

Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, Milli Məclisin deputatları Eldar İbrahimov, Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev, professor Məhiş Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digər çıxış edənlər “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndiriblər.

AzərTac

  • Paylaş: