AMEA-nın Neft və Qaz İnstitutunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda institutun rəhbərliyi, şöbə müdirləri, sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri və başqaları iştirak ediblər.
Konfransı institutun icraçı direktoru Vaqif Qurbanov açaraq, Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib. O, “Yeni neft strategiyası”nın nailiyyətlərinin bir çox istiqamətlərdə reallaşdığını qeyd edərək Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması, Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışının təmin edilməsindən danışıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müəllif olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi idi.
Daha sonra GAMŞ sədri Pünhan Səmədli çıxış edərək bildirib ki, Azərbaycanın inkişafının təməl prinsipləri Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məruzələr dinlənilib. Neft və Qaz İnstitutunun əməkdaşları Rahilə Əliyeva, Fizzə Hüseynova, Rəvanə İsgəndərova, Nərmin Behbudova, Geologiya və Geofizika İnstitutundan Nurlan İsgəndərli, Bakı Dövlət Universitetindən Aygün Binnətli və Elnur Baxşıyev, İdarəetmə Sistemləri İnstitutundan Rəna Əsədova, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Lalə Piriyeva və Əli Əlizadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Adil Əhmədzadə Ulu öndərin uğurlu neft strategiyasından, həmçinin neft-qaz problemləri və perspektivlərindən bəhs ediblər.
Sonra konfransın yekunları haqqında məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.