Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2022 15:12
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

İyunun 14-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası Elmi şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

O, 3 iyun 2022-ci il tarixində AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş xüsusi iclasından irəli gələn tapşırıqlar və qarşıda duran vəzifələr haqqında Elmi şura üzvlərinə geniş məlumat verib. O.Qasımov institutda yeni texnologiyaların inkişafı istiqamətində aparılan elmi-tədqiqat işlərinin yeni səviyyəyə yüksəldilməsi və 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” festivalında institutun daha da fəal iştirakını təmin etmək məqsədi ilə laboratoriya rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Daha sonra “TEKNOFEST Azərbaycan” Festivalı çərçivəsində Biofizika İnstitutunu uğurla təmsil etdiyinə görə müəssisənin elmi işçisi Arzu Aydəmirova Fəxri diplomla təltif edilib. Mükafatı A.Aydəmirovaya təqdim edən Oktay Qasımov müəssisənin rəhbərliyi və kollektivi adından tədqiqatçını təbrik edib, gələcək elmi və ictimai fəaliyyətində ona uğurlar arzulayıb.

Sonda institutun vakant elmi işçi vəzifələrinin tutulması ilə bağlı gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: