Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.06.2022 10:15
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra institutun əməkdaşları - Valeh Ələkbərovun Tovuz rayonu ərazisində yerləşən Hüseynqulutəpə qədim yaşayış yerində, Tükəzban Alıyevanın Gədəbəy rayonunda yerləşən “Koroğlu qalası”nda, Bəhlul İbrahimlinin Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan ərazisində və Təvəkkül Əliyevin Ağcabədi rayonunun Qala təpə Antik və Orta əsr şəhər yerində apardıqları arxeoloji tədqiqatların qısa hesabatları dinlənilib.

Həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yarım illik hesabatı iclas iştirakçılarına təqdim olunub və qəbul edilib.

Bundan əlavə, “Şuşa ili” çərçivəsində institut əməkdaşlarının birgə hazırladıqları “Qarabağın maddi və mənəvi mədəniyyəti” toplusunun çapı ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda müəssisənin əməkdaşları tarix elmləri doktoru Fəzail Vəliyev və Nigar Mustafayeva yekdil səslə Elmi şuranın üzvlüyünə qəbul edilib.

İclasda aparılan müzakirələrdə professorlar Hidayət Cəfərov, Əliağa Məmmədli, Nərgiz Quliyeva, Əsədulla Cəfərov, tarix elmləri doktorları Solmaz Məhərrəmova, Güllü Məmmədli, İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Fərhad Quliyev və Akif Quliyev çıxış edərək fikirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: