Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2022 14:10
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları elmi konfransda iştirak ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları elmi konfransda iştirak ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Allahverdi Həsənov və Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva 29 iyun - 1 iyul 2022-ci il tarixlərində Riyaziyyat və Mexanika İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə keçirilən akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” beynəlxalq elmi konfransında iştirak ediblər.

Konfransın 30 iyun tarixində keçirilən plenar iclasında professor A.Həsənov S.Quliyeva ilə həmmüəllif olduğu “Fraktal strukturlu özlü elastik çubuğun boyuna rəqsləri” mövzusunda məruzə ilə çıxış ediblər. İştirakçılar tərəfindən məruzəçiyə müxtəlif suallar verilib, mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: