AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın “Partizan «Mixaylo» - Rəssam-qəhrəman (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” (“Партизан «Михайло»- Художник герой) adlı məqaləsi Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun elmi-praktik jurnalında çap olunub.
Məqalə muzeyin Təsviri Materiallar fondunda qorunan, Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı partizan, kəşfiyyatçı Mixaylo ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin tələbəlik illərində çəkdiyi bir neçə əsərindən və onun həyat yolundan bəhs edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.