AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Azərbaycan radiosunun “Dünya bir nağıldı” verilişinin Cəlilabad folklor örnəklərinə həsr edilmiş buraxılışının qonağı olub.
Alim Folklor İnstitutu tərəfindən həmin bölgədən toplanaraq nəşr edilmiş iki kitab - (“Muğan folkloru” - 17-ci kitab, Alarların arasından toplanmış folklor örnəkləri, Bakı, 2008, toplayanı Bilal Hüseynov (Alarlı) və “Cəlilabad folklor örnəkləri” – toplayanlar – Sahibə Sədnikqızı, İlkin Elsevər, 2020) haqqında ətraflı məlumat verib, nəşrlərdəki müxtəlif janrları əhatə edən örnəklərdən danışıb. Vurğulanıb ki, Azərbaycan folklorunun zənginliyinin sübutu kimi variantlılığa təbii olaraq bu nəşrlərdə də rast gəlinir. Materialların toplanma arealının təhlili, toplayıcıların təəssüratları bu qənaətə gəlməyə imkan verir ki, folklor materiallarının bundan sonra da toplanılıb nəşr edilməsi, tədqiqi qarşıda duran əsas xəlqi-mənəvi işlərdən olacaq.
Verilişdə tanınmış diktor, Xalq artisti Eldost Bayramın ifasında bölgədən toplanmış folklor örnəkləri səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.