Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.07.2022 14:13
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq forumda iştirak edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı beynəlxalq forumda iştirak edib

Macarıstanın Seqed şəhərində heterogen kataliz üzrə gənc tədqiqatçıların I forumu (YOURHETCAT 2022) keçirilib.

Forumda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova “HORİZON 2020” proqramı çərçivəsində müəssisənin Avropanın bir sıra aparıcı elmi mərkəzləri ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of Reaction Temperature on the Surface Structure and Phase Composition of MnOx-Na2WO4/SiO2 Catalyst for Oxidative Conversion of Methane” mövzusunda məruzə ilə çıxış edib. Eyni zamanda forumda iştirak edən bir sıra aparıcı mərkəzlərin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: