Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

08.08.2022 10:40
  • A-
  • A
  • A+

Qədim Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapılıb

Qədim Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapılıb

Misirdə beynəlxalq alimlər qrupu qazıntılar zamanı Günəş tanrısı Ranın qədim məbədinin xarabalıqlarını tapıblar.

Məbəd Qahirədən təxminən 20 kilometr məsafədə, Əbu Qurab məbədi kompleksinin yanında aşkarlanıb. İlkin qiymətləndirmə tarixi obyektin təxmini yaşının 4500 min ildən çox olduğunu ortaya qoyub. Məbədin inşası beşinci sülalə dövründə (e.ə. 2465-2323-cü illər), Ra kultunun populyarlığının zirvəsində baş verib.

Mütəxəssislər hesab edirlər ki, məbəd yeri itirilən dörd Günəş məbədindən biri ola bilər.

report.az

  • Paylaş: