Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.08.2022 16:20
  • A-
  • A
  • A+

“Azərbaycan məktəbi” jurnalının əməkdaşları Dendrologiya İnstitutunda olublar

“Azərbaycan məktəbi” jurnalının əməkdaşları Dendrologiya İnstitutunda olublar

Təsisçisi Elm və Təhsil Nazirliyi olan “Azərbaycan məktəbi” jurnalının redaktor və əməkdaşları Dendrologiya İnstitutunda olublar.

İnstitut əməkdaşları ilə görüş keçirən heyət əməkdaşlıq etmək üçün jurnal haqqında alimlərə məlumat verib.

Qeyd edək ki,  1924-1930-cu illərdə “Yeni məktəb”, 1930-1941-cü illərdə “Müəllimə kömək” adlanlandırılıb, 1943-cü ildən başlayaraq “Azərbaycan məktəbi” adı ilə dərc olunur.

“Azərbaycan məktəbi” mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnal 95 ildən artıq müddətdə təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.

Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri, fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunur.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: