Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.09.2022 16:52
  • A-
  • A
  • A+

Azərbaycanlı alim İslam İnkişaf Bankının təqaüdü ilə Ankara Universitetində tədqiqatlar aparıb

Azərbaycanlı alim İslam İnkişaf Bankının təqaüdü ilə Ankara Universitetində tədqiqatlar aparıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyeva İslam İnkişaf Bankının (İSDB) “Postdok” tədqiqat müsabiqəsinin qalibi kimi Türkiyə Respublikasının Ankara Universitetində elmi ezamiyyədə olub.

S.Mirzəyeva 4 ay müddətində tomat bitkisinin biotik və abiotik streslərə davamlılığının molekulyar-genetik mexanizmlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb. Tədqiqat obyekti olaraq, virusa qarşı həssas Money Maker və yerli sortlardan isə Yeganə və Şəlalə sortları götürülüb,  xarici və yerli tomat sortlarının biotik və abiotik streslərə kompleks cavab reaksiyaları müqayisəli analiz edilib. DNT və RNT genomlu virus infeksiyalarından olan TYLCV (Tomato Yellow Leaf Curl Virus) və ToCV (Tomato Chlorosis Virus) ilə yoluxdurulmuş bitki nümunələrində viruslar duplex PCR və nested PCR metodları ilə deteksiya edildikdən sonra qReal-Time PCR metodundan istifadə etməklə quraqlıq stresinə məruz qalmış bitkilərdə genlərin ekspressiyasına baxılıb, tomat bitkisində patogenlə əlaqəli olan cellulose-synthase like tip genlər müqayisəli analiz edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: