Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.09.2022 09:45
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası Çilinin Astronomiya Tədqiqat Mərkəzi ilə əməkdaşlıq edəcək

Şamaxı Astrofizika Rəsədxanası Çilinin Astronomiya Tədqiqat Mərkəzi ilə əməkdaşlıq edəcək

NASA-ın eksperti, “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ-ın Merliend Universitetinin professoru, akademik Roald Saqdeyevin rəhbərliyi ilə Çilinin müxtəlif elmi müəssisələrindən olan nümayəndə heyəti N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) işgüzar səfərdə olub.

Səfər çərçivəsində əvvəlcə qonaqlar rəsədxananın infrastrukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub. ŞAR-ın 2 metrlik teleskopunun binasında onlara teleskopun tarixi, iş prinsipi və teleskopda aparılan elmi tədqiqat işləri barədə geniş məlumat verilib.

Daha sonra Bernardo O Higgins Universitetinin (Çili, Santyaqo) rektoru Klaudio Alberto Ruff Eskobar ilə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Birgə elmi maraqlara xidmət edəcək müqaviləyə əsasən Bernardo Universitetinin Astronomiya Tədqiqat Mərkəzi ilə təcrübə mübadiləsi və elmi tədqiqat işləri həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: