Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Sonra MM qərargah rəisləri noyabr ayında elmi müəssisə və təşkilatlarda Rəhbər heyətinin MM məşqlərinin keçirilməsi barədə ətraflı məlumat verdilər. Bildirildi ki, 2013-cü il üçün MM Tədbirlər planına əsasən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda Rəhbər heyətin MM məşqləri keçirilmişdir. Məşqlərin keçirilməsi üçün tələb olunan sənədlər tərtib olunmuş, şərti siqnallar hazırlanmışdır. Məşqlər zamanı MM planının dəqiqləşdirilməsi, ümumi hazırlıq və sənədləşdirmə işlərinin aparılması məsələlərinə baxılmış, aşkar olunmuş nöqsanlar qeydə alınmış və onların təkrarlanmaması üçün zəruri tədbirlərin həyata keçirilməsinin önəmliyi vurğulanmışdır.

Məşqlərin keçirilməsində məqsəd AR “Mülki-müdafiə haqqında qanun”un və Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərini Rəhbər heyət, Fövqəladə hallar komissiyası, MM qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi səviyyəsinin müəyyən olunması, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, həmçinin qəza-xilasetmə işlərinin təşkili və aparılmasında MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin təkmilləşdirilməsi idi.

Tədbirdə keçirilən MM məşqlərinin vəziyyəti, illik hesabatların hazırlanması məsələləri müzakirə edildi, fikir mübadiləsi aparıldı.

Daha sonra II Xüsusi şöbəsinin aparıcı mütəxəssisi Əlimərdan Məhəmmədov AMEA-nın elmi müəssisə və təşkilatlarında qərargah rəisləri tərəfindən 2014-cü ilin illik MM Tədbirlər planının tərtib edilməsi ilə bağlı təklif və tövsiyələrini verdi.

Tədbirdə çıxış edən E.Quliyev 2 institut rəhbərinin bu il MM üzrə təcrübə kursu keçdiyini, gələn il isə 5 institut rəhbərinin bu təcrübədən faydalanacağını nəzərə çatdırdı.

Sonda bir sıra cari məsələlərə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: