AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə direktor Zuxra Berdiyeva imzalayıblar.
İmzalanan əməkdaşlıq sazişi kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.