AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Qlobal münaqişələr və dünya müharibələri: tarix və müasirlik” adlı kofransda iştirak edib.
Şərqşünas alim konfransda “Yaxın Şərqin problemləri və beynəlxalq təşkilatların ikili standartları” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, Yaxın Şərqdə yerləşən bir çox ərəb ölkələri, eləcə də Türkiyə Aralıq dənizi üzərində öz nəzarətini qoruyub saxlamağa davam edir. Bəzən Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bəzi ərəb ölkələri öz mövqeyini dəyişir. Bəzi hallarda isə Ərəb liqası öhdəliyinə götürdüyü məsələləri kifayət qədər həll edə bilmir. Məruzəçi bu kimi şəraitin yarandığı halda bir sıra ölkələrin ikili standartlardan istifadə etməsindən bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.