Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2022 10:56
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda şöbələrin hesabatlarının dinlənilməsinə başlanıb

İqtisadiyyat İnstitutunda şöbələrin hesabatlarının dinlənilməsinə başlanıb

AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat planı işlərinin yekunlarına dair hesabatların dinlənilməsinə başlanılıb.

Hesabatların dinlənilməsi üçün institutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb.

İlkin olaraq Xidmət sferasının iqtisadiyyatı və İnklüziv sosial inkişaf şöbələrinin əməkdaşlarının hesabatı dinlənilib.

Apardıqları elmi-tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, i.f.d., dos. Pərviz Həsənov və İnklüziv sosial inkişaf şöbəsinin müdiri, i.e.d., dos. Rəsmiyyə Abdullayeva çıxış ediblər. Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub, suallar cavablandırılıb.

Sonda komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: