Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2022 09:25
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Kazanda yeni Şərqşünaslıq mərkəzinin açılışında iştirak edib

Akademik Şahin Mustafayev Kazanda yeni Şərqşünaslıq mərkəzinin açılışında iştirak edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayev Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Kazan Federal Universitetinin tərkibində Şərqşünaslıq mərkəzinin açılış mərasimində iştirak edib.

Açılış mərasimindən sonra Tatarıstan Respublikasının keçmiş prezidenti, Tatarıstan Respublikası Tarix və mədəniyyət abidələrinin dirçəlişi Fondunun Qəyyumlar şurasının sədri Mintimer Şaymiyev akademik Şahin Mustafayevi qəbul edib. Görüşdə Tatarıstan Respublikasının təhsil naziri İ.Xadiullin, Kazan Federal Universitetinin rektoru L.Safin və digər şəxslər iştirak ediblər. Görüş zamanı Azərbaycan və Tatarıstan alimlərinin qarşılıqlı əlaqələrinin gücləndirilməsi, İpək Yolu və tarixi-mədəni münasibətlər sahəsində müştərək elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. M.Şaymiyev akademik Ş.Mustafayevə təşəkkür məktubu təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: