Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

11.11.2022 19:59
  • A-
  • A
  • A+

MEK Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar bağışlayıb

MEK Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar bağışlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “Heydər Əliyev İli” çərçivəsində öz fəaliyyətini genişləndirir.

Belə ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə həyata keçiriləcək MEK-in tədbirlər planına əsasən, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana fonduna yeni nəşrlər hədiyyə olunub. Hədiyyə olunan nəşrlər Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunub. Həmçinin Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini əks etdirən Y.Mahmudovun “Azerbaijan short history of statehood”, S.Vəliyevin “Тайны Баку”, “Историческая география западного Азербайджана”, “Геноцид азербайджанцев в Иреванской губернии (1918-1920)”, “Terror: events, facts, evidence” və digərləri yer alıb.

Kitabları MEK adından Özbəkistanda səfərdə olan Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk mərkəzin direktoru Samir Abbasova təqdim edib.

Qeyd edək ki, MEK tərəfindən bu silsilədən olan kitabların digər ölkələrin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub. Eləcə də kitabxana “Heydər Əliyev İli” çərçivəsində həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda əməkdaşlıq etdiyi bütün müəssisə və təşkilatlarda Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitab sərgisinin təşkilini planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: