Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.11.2022 15:08
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda italiyalı alimlərlə görüş keçirilib

Biofizika İnstitutunda italiyalı alimlərlə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov İtaliya Milli Tədqiqat Şurasının (CNR) Kimya Elmləri və Texnologiyaları İnstitutunun əməkdaşları, professor Laura Ragona və Simona Tomaselli ilə görüşüb.

Dəyirmi masa ətrafında keçən görüşdə Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, elmi katibi b.ü.f.d., dosent Florida Mehrəliyeva, baş meneceri, t.ü.f.d. Azad Əbdürəhimov, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, f.-r.ü.f.d., dosent Rasim Aslanov, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova iştirak ediblər.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində yerinə yetirilən “Funksional amiloidlərin aqreqasiya modulyatorları: İpək fibroini Alzeymer xəstəliyi patogenezinin tədqiqi üçün ucuz model kimi” ikitərəfli layihə üzrə italiyalı alimlərlə birgə görülən işlərin icra vəziyyəti geniş müzakirə edilib və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

Qeyd edək ki, müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb, layihə üzrə alınan mühüm nəticələr isə yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında çap olunan məqalədə öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: