Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.12.2022 11:45
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşları estoniyalı həmkarları ilə müzakirələr aparıblar

Rəsədxana əməkdaşları estoniyalı həmkarları ilə müzakirələr aparıblar

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Canməmməd Rüstəmov, elmi işçi Aynurə Həsənova və elmi işçi Şəbnəm Ağayeva Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdə olublar.

Ezamiyyət zamanı A.Həsənova və Ş.Ağayeva IRAF proqram paketi ilə spektrləri işləməyi mənimsəmək məqsədi ilə kurslara cəlb olunub və ŞAR-ın 2-m teleskopunda alınmış eşelle spektrlərin Tartu Rəsədxanası əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin birgə interpretasiyası və sonda birgə elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılıb.

ŞAR əməkdaşları Tartu Rəsədxanasının elmi seminarında məruzə ilə çıxış edib, keçirilən digər mühüm tədbirlərdə fəal iştirak ediblər.

Növbəti illərdə də Tartu Rəsədxanasının astronomları ilə birgə aparılması nəzərdə tutulan elmi işlər müzakirə edilib. Gələn ildən etibarən həm də Tartu Rəsədxanasından ŞAR-a elmi ezamiyyətlər nəzərdə tutulur.

Qeyd edək ki, ŞAR əməkdaşlarının ezamiyyə xərcləri Avropa İttifaqı tərəfindən “HORİZON 2020” innovasiya qrant layihəsi tərəfindən maliyyələşdirilən 823734 saylı Marie-Sklodovska-Küri qrant sazişi çərçivəsində ödənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: