Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.01.2023 14:04
  • A-
  • A
  • A+

Məktəblilər Botanika İnstitutunda təcrübə keçiblər

Məktəblilər Botanika İnstitutunda təcrübə keçiblər

Botanika İnstitutu tələbələrin və şagirdlərin təcrübə keçmələri, müxtəlif maarifləndirici görüşlərin təşkili, tədris prosesində elmiliyin artırılması istiqamətində daim töhfələr verir.

Şəki şəhəri 11 saylı orta məktəbin XI sinif şagirdləri İlkanə Məmmədova və Xədicə Abdulhəmidli kimya fənn müəllimi Xatirə Şabəddinova ilə birgə Botanika İnstitutunda olublar.

İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şagirdlərə bitkilərdən cövhər və məcunların alınması üzrə bəzi elmi tovsiyələr verərək, müəssisədə olan elmi mühit və təcrübədən yararlanmağa dəvət edib. Professor şagirdlərdə biologiya elminə marağın artırılması istiqamətində belə təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi Botanika İnstitutunun qarşıya qoyduğu məqsədlərdəndir.

Şagirdlər institutun Etnobotanika şöbəsində bitkilərdən bioloji fəal maddələrin alınması sahəsində yetərincə təcrübəli mütəxəssis sayılan Elvin Kərimli ilə birlikdə etnobotaniki üsulla müəyyən xəstəliklərin müalicə üsullarına aid təcrübə aparıblar. Təcrübə zamanı şagirdlər Azərbaycan florasında geniş yayılmış dərman bitkilərindən bioloji fəal maddələrin alınma üsullarının öyrənilməsi, praktiki laboratoriya vərdişlərinin mənimsənilməsi, eləcə də alınan bioloji fəal maddələrin xalq təbabətində və əczaçılıq sahəsində tətbiqi və istifadəsi metodlarını mənimsəyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: