Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 18:07
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda Gənclər Günü qeyd olunub

Zoologiya İnstitutunda Gənclər Günü qeyd olunub

Zoologiya İnstitutunda Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açıb. O, nitqində bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq edildiyini, Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu, 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu günün qeyd olunmağa başladığını, qərarın Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi olduğunu vurğulayıb. Ə.Eyvazov gənc alimləri bu gün münasibətilə təbrik edib, onlara işlərində nailiyyətlər arzulayıb.

Daha sonra müəssisənin icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Quru onurğalıları laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Nadirli çıxış ediblər.

Tədbirdə rəhbərlik tərəfindən institutun bir sıra gəncləri elmi və ictimai fəaliyyətinə görə Fəxri fərmanla təltif olunublar.

Sonda Gənclər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: