Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” adlı kitab nəşr olunub
06.02.2023 09:30
  • A-
  • A
  • A+

“Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” adlı kitab nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nübar Həkimovanın “Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” adlı kitabı işıq üzü görüb.

Müəllifin yeni nəşr olunan kitabı Azərbaycan mifopoetik düşüncə tarixinin köklərinə, folklorumuzun ən dayanıqlı arxetipləri olan ana və at kultlarına həsr olunub. Yeddi fəsildən ibarət olan kitabda qadın-ana və at kultlarının mifopoetik kodları, semantik-bədii xüsusiyyətləri, bu kultların folklordakı təzahürü, milli-mənəvi düşüncədəki yeri və başqa məsələlərə aydınlıq gətirilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan 372 səhifəlik kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri isə pedaqogika elmləri doktoru, professor Rüfət Hüseynzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: