Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.02.2023 09:45
  • A-
  • A
  • A+

Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə İşçi Qrupun görüşü keçirilib

Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə İşçi Qrupun görüşü keçirilib

Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, AMEA alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.

Əvvəlcə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev açıb.

Görüşdə yaradılacaq geoparkın UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.

Geoparkın “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun bazasında yaradılması nəzərdə tutulur və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: