Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2023 09:36
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçirlər

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçirlər

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasındakı əməkdaşlığa əsasən bu universitetin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının tələbələri YTP-də elm və istehsalat təcrübəsinə başlayıblar.

Tələbələr YTP, onun rezidenti Təcrübə-Sənaye Zavodu, eləcə də digər rezidentlərin ərazisində müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza, Strateji Elmi Analitik Mərkəzdə həyata keçirilən layihələr ilə yaxından tanış olublar. Onlar, həmçinin texnoparkın rezidentlərinin istehsal sahəsində qurğu və avadanlıqların işləmə prinsipləri barədə məlumatlandırılıb, texnoloji məhsulların istehsal prosesini izləyiblər.

Qeyd edək ki, təcrübə müddətində seçilmiş tələbələrin texnoparkda işlə təmin olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: