Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2023 14:46
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda maarifləndirici seminar keçirilib

Biofizika İnstitutunda maarifləndirici seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Web of Science” elmi axtarış  platforması. Vikipediya” mövzusunda  maarifləndirici seminar keçirilib.

İnstitutun magistrantları üçün təşkil olunan seminarda müəssisənin “Biomolekulların strukturu, dinamikası və funksiyası” laboratoriyasının elmi işçisi Arzu Aydəmirova slaydlı təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Clarivate Analytics” şirkətinin “Web of Science” məlumat platformasından səmərəli istifadə qaydaları, onunla əlaqəli informasiya resursları, həmçinin sözügedən şəbəkəyə məqalələrin təqdim olunması qaydaları, xarici nəşrlərdən istifadə və digər imkanlar barədə geniş məlumat verib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: