Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

ABŞ-da XVI əsr Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirləri işıq üzü görüb
14.03.2023 09:20
  • A-
  • A
  • A+

ABŞ-da XVI əsr Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirləri işıq üzü görüb

Amerika Birləşmiş Ştatlarında 16-cı əsrdə yaşayıb yaratmış Azərbaycan şairi Yusif Ustaclu-Çavuşlunun şeirlər toplusu çap olunub.

Şairin şeirləri Tehran Universiteti, Məşhədin Firdovsi Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanan əlyazmalar əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində Nəvai və Füzulinin təsiri aydın surətdə görülməkdədir.

Kitabın tərtibçisi Cənubi Azərbaycan tədqiqatçısı Firuz Rifahi, “Ön söz”ün müəllifi və rəyçisi Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: